23 
iyn
2023
12:40
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Neftçalanın icra başçısı döyülüb? - DİN-dən cavab

23 iyn, 2023
12:40
787

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.

Turkdunyasi.az xəbər verir ki, bunu DİN mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Qeyd edək ki, bloger Həbib Müntəzir icra başçısının döyüldüyünü iddia edib: 
“Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü bildirilir. İşsizlikdən əziyyət çəkdiyini deyən Zaur adlı kənd sakininin "İnsanlar acından ölür, siz fotosessiya etməklə məşğul olursunuz" deyərək başçıya kəllə atdığı deyilir”.

Bizimlə əlaqə saxlayın