E-mail: [email protected]
“Naxçıvandakı məmurların məqsədi bizi öldürməkdir” - NARAZILIQ VAR!
Naxçıvan Muxtar Respublikası (MR), Culfa şəhər sakini Yusifova Sitarə Rza qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Naxçıvanda bəzi məmurlar onların yaşamasına imkan vermir:
"Mən, Yusifova Sitarə Rza qızı, 1955-ci ildə Yaycı kəndində anadan olmuşam və Culfa şəhərində yaşayıram. Evə lazım olan vasitələri ucuz olduğu üçün daima gedib İrandan alırdım. Məhz bu səbəblə də 22.05.2023-cü ildə Bakı-İran avtobusu ilə getdim, yoldaşıma siqaret aldım. Biləsuvar gömrük postunda mənə dedilər ki, get qaytar.
Siqaretlə yanaşı, evimə 2 kq kərə yağı, 1 toyuq, 1 qovun, 1 qarpız da almışdım. Culfa gömrüyündə əlimdən alıb, anbara qoydular. Sabahı getdim ki, mənim malımı verin, dedilər artıq gecdir, dövlətin balansına keçib.
Görün, Naxçıvandakı məmurlar bizə nə qədər zülm verir. Ancaq deyirlər ki, “burdan baha al, pulun yoxdursa, yemə”.
Fuad Nəcəflinin qəbuluna getdim, oradan bildirdilər ki, biz şikayətə baxmırıq, Bakıya müraciət edin. Biləsuvar anbarına getdim, orada da dedilər ki, axşam gəl götür. Lakin növbədə olan xanım vermədi ki, mənə Bakıdan zəng gəlməyib, verə bilmərəm.
Bu, dövlət üçün 5-3 manat dəyərində puldu, amma mənim ailəm üçün böyük bir şeydir. Belə insafsızlıq olar?! İnsanları bu yollarla qırırlar. Səbəb nədi, niyə İrandan alıb evimizə gətirməyə qoymurlar ki? Hər kəs bilir ki, orada qiymətlər çox aşağıdır. Niyə faydalanmayaq? Naxçıvandakı məmurların məqsədi biz aciz sakinləri öldürməkdir".
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.