27 
iyn
2023
09:20
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cəlilabadda 2 narkokuryer həbs olundu

27 iyn, 2023
09:20
1290

Cəlilabadda saxlanılan narkokuryerlərdə 10 kiloqramdan artıq narkotik aşkarlanıb.
Turkdunyasi.az xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Elgün Cəbrayılov və Abşeron rayon sakini Ehtibar İsmayılov saxlanılıblar.
Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumən 5 kiloqram 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı şəhərinə aparıb orada deyiləcək ünvanlara çatdırmaq tapşırığı aldıqları müəyyən edilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın