E-mail: [email protected]
Borca pul götürüb torpaq aldı, Bələdiyyə tərəfindən aldadıldı… - NARAZILIQ VAR!
Astara rayonu, Səlivə kənd sakini İbrahimov Bəylər Amil oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu göndərilib. Şikayətçi iddia edir ki, ona məxsus torpaq sahəsi kənar şəxslər tərəfindən satılıb.
"Mən, İbrahimov Bəylər Amil oğlu, Astara rayonunun Səlivə kəndində yaşayıram. Üç üşaq atasıyam, heç bir yerdə işləmirəm. Sosial yardım almıram. Pis gündə bir daxmada yaşayıram. 2 dəfə ev deyilən daxmam yanıb, 1 uşağım yanğın zamanı rəhmətə gedib.
Uşaqlarım betonun üstündə yatırlar. Yağış suyu evin içinə dolur. Çox çarəsiz vəziyyətdə yaşayırıq. Yiyəsiz, sahibsizik deyə bizim şikayətimizə baxan yoxdur.
Kənd Bələdiyyəsindən 170 manat verib torpaq almışdım. Həmin torpağı Bələdiyyə bir neçə adama satıb. Həmin pulu da borc götürüb vermişdim. İnsafsız mənə saxta sənəd verib.
15 sot torpaq sahəm haradadır, yerini də bilmirəm. Mənə deyirlər ki, get rüsüm ödə. Başa sala bilmirəm ki, pulum yoxdur. İcra nümayəndələri deyirlər ki, biz qarışa bilmərik, özünüz həll edin. Qəzənfər müəllim mənə deyir ki, rüsüm ödəyə bilmirsənsə, torpağı unut. Bildirdim ki, pulum yoxdur, dedi, get diləncilik et.
Ailəm günlərlə ac qalır, bir torpağım var idi, onu da əlimdən alıblar. Xahiş edirəm mənim bu problemimi işıqlandırın, bəlkə bir tədbir görülə".
Redaksiyan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.