28 
iyl
2023
12:30
217

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Astara məhkəməsindən inanılmaz qərar..

28 iyl, 2023
12:30
9217

Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu ictimaiyyətə təqdim edirik:
Hörmətli redaksiya, Astara təhsilində son baş verənlər və şəhər 6 saylı məktəbin direktoru ilə bağlı bir çox saytlarda gedən məlumatlarla yəqin ki, tanışsınız və xüsusi bir şərhə ehtiyac görmürük. Nümunə: https://musavat.com/news/astara-seher-6-sayli-orta-mektebde-katibe-ile-direktor-arasinda-qalmaqal_952330.html

Sözügedən xəbər və məlumatlardan ciddi əndişələnən direktor, etirazçı işçilərin ən cəsarətlisini, məhkəmə vasitəsilə susdurmaqdan başqa çarə düşünməyib və bunun üçün "lazım olan prosedurları" da həll edib. Nəticədə, məhkəmə, inanılmaz və tam absurd bir qərar verərək, direktorun qanunsuzluqlarını araşdırmaq yerinə, işçinin iddialarının böhtan olmasına qərar verib! Yəni işçilər direktorun onlardan pu tələb etməsini iddia edirlər, məhkəmə isə bunu araşdırmaq yerinə, onların böhtan atmasına qərar verib. Üstəlik də mediada gedən bütün iddia və məlumatlar, işçinin məsuliyyəti kimi tövsif olunub..
Konkret olaraq, katibə Validə Məmmədovanın məsuliyyətə cəlb olunması və məvacibinin tutulması barədə qərar verilib. Digər işçinin (Aysel İsmayılova) isə ifadəsi təzyiq yoluyla dəyişdirilib.

Hüquqşünasların fikrincə zərrə qədər olsun hüquq məntiqi olmayan bu qərar, təbii ki, ciddi mübahisələrə səbəb olub. Haqsızlıqlarla bağlı son pənah yeri kimi "Təhsil Araşdırmalar Mərkəzi"nə müraciət edən katibənin şikayətini araşdırıb, məqalə hazırlamışıq.
Əməkdaşımız bu işlə birbaşa olaraq məşğul olduğu üçün, ehtiyac olsa, bütün digər sübut və məlumatları təqdim edə biləcəyimizi də bəribaşdan qeyd edək.Qarşıdakı günlərdə Ülviyyə Bayramova barədə ciddi kompromatlar açıqlanacağını proqnozlaşdıra bilərik.
_____
P.S. Təəssüf ki, qarşı tərəf, yəni direktor Ülviyyə Bayramova fikir bildirməkdən yayındığı üçün onun mövqeyini ala bilmədik.
______
______
______
“Təhsil Araşdırmalar Mərkəzi,” aktiv QHT olaraq mediaya çağırış edir: Astara təhsilindəki özbaşınalıqlarda, bizim cəsarətli işimizə, uğurlu fəaliyyətimizə dəstək olan mediamız, maksimum şəkildə bu məntiqsiz qərarı işıqlandırsa, çoxlu saytda dərc olunsa, növbəti məhkəmə instansiyası rəhbərliyi, artıq katibənin “zəif” olmadığını görüb, ilkin instansiyanın absurd qərarını ləğv edə bilər.

Gəlin, güclünün deyil, haqlının yanında olaq! Yoxsa daha bir məktəb, əldən gedəcək və daha da pisi odur ki, digər nihilist direktorlar üçün də pis presedent güclənəcək.

_____

Sizə həm müfəttişliyin ədalətli qərarının, həm də məhkəmənin ədalətsiz qərarının surətini göndəririk.

Astara məhkəməsindən inanılmaz qərar..Astara məhkəməsindən inanılmaz qərar..
Dövlət Əmək Müfəttişliyi Xidmətinin direktorla bağlı verdiyi qərar
Astara məhkəməsindən inanılmaz qərar..Astara məhkəməsindən inanılmaz qərar..
Astara Rayon Məhkəsinin verdiyi absurd və inanılmaz qərar
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Bizimlə əlaqə saxlayın