19 
avq
2023
21:30
58
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Yevlaxda şəhid Ceyhun Əyyubovun ev muzeyi açılıb
19 avq, 2023
21:30
758
Yevlax, 17 avqust, AZƏRTAC
Yevlaxda 44 günlük Vətən müharibəsi şəhidi, baş leytenant Əyyubov Ceyhun Savalan oğlunun doğum günü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Yevlax şəhərindəki Şəhidlər xiyabanına gələrək, şəhid Ceyhun Əyyubovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evdə onun xatirəsinə həsr edilmiş, həyat və şərəfli döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların yer aldığı ev muzeyinin açılışı olub.
Yevlax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Şəhidin ev muzeyinin açılışında çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Ceyhun Əyyubovun və Vətənimizin azadlığı uğrunda canlarından keçən digər şəhidlərimizin qanı yerdə qalmadı. Haqq savaşında əldə edilən şanlı Qələbəyə görə, Müzəffər Ali Baş Komandana, qüdrətli Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə borcluyuq. Əldə etdiyimiz parlaq Qələbə Azərbaycan tarixinin və dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunub. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq.
Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışlarında qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, onun liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Otuz illik işğal sona çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. İmzalanan bəyanat Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq rəsmi şəkildə tarixə həkk olundu. Azərbaycan xalqı və dövləti var olduqca Ceyhun Əyyubovun və bütün qəhrəman oğullarımızın xatirəsi daim ürəklərdə yaşayacaq və əziz tutulacaq.
Tədbirdə digər çıxış edənlər şəhid Ceyhun Əyyubovun həyat və döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan, düşmənə qarşı savaşda şücaətlərindən bəhs ediblər. Məlumat verilib ki, Ceyhun Əyyubov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Şəhidin adı yaşadığı küçəyə verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.