12 
sen
2023
20:50
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Binəqədi icra hakimiyyəti hara baxır ki... - "Balalarımızı bu üfunət qoxusundan xilas edin"

12 sen, 2023
20:50
991

"Bizim şikayətimiz Binəqədi rayonu kommunal təsərrüfatı idarəsinin işçilərindən və bu rayonun rəhbərliyindəndir". Bu barədə DİA.AZ-a edilən müraciətdə deyilir...

Daha sonra narazı vətəndaşlar yazır: "Binəqədi rayon Binəqədi kəndi "centiralni"də, 86 nömrəli Körpələr Evinin düz pəncərəsinin qarşısında on dənə zibil qutusu qoyulub.

Bizim də körpə balalarımız ora gedir. Təsəvvür edin, beyin çalxalanır pis qoxudan... nəfəs almaq qeyri-mümkündür. Tərs kimi Körpələr evi işçiləri də pəncərələri açıq tuturlar.

Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, xeyri yoxdur. Bizə köməklik edin. Balalarımızı bu üfunət qoxusundan xilas edin".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bizimlə əlaqə saxlayın