16 
sen
2023
13:00

75

yuxarı
Goranboyda müəllimlər 2023-2024-cü tədris ilinin ilk günü şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar

16 sen, 2023
13:00
775
Goranboy rayon 2 nömrəli tam orta məktəbin müəllimləri 2023-2024-cü tədris ilinin ilk günü şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar.
Yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və qara kostyumda daxil olublar. Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra reallaşıb.