14 
noy
2023
12:20
100

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zaqatalada dayanacaq tikinti şirkəti tərəfindən zəbt edildi - FOTO

14 noy, 2023
12:20
13100

Zaqatalada dayanacaq zəbt edilib. 
Məsələ ilə bağlı Bizim.Media-ya müraciət edən Zaqatala sakinləri narazılıqlarını bildirirlər. 
Şəhərin mərkəzində özəl sahibkarlıq obyektlərindən birində təmir-tikinti işləri aparılır. Ərazi hasarlanarkən mütəmadi istifadə edilən dayanacaq nəzərə alınmayıb. 
Sakinlər bildiriblər ki, marşrut avtobusu, taksi gözləyən insanlar, xüsusən yaşlılar, uşaqlar üçün bu, olduqca çətindir. Bir tərəfdən yolda dayanırlar, digər tərəfdən isə ayaq üstə qalmaq məcburiyyətində qalırlar. Yağışlı, küləkli havalarda isə dayanacaqsız qeyri-mümkündür.
Sakinlərin haqlı narazılığını Zaqatala şəhər nümayəndəliyinin diqqətinə çatdırdıq. 
Bildirilib ki, məsələdən onlar da agahdırlar. Ərazidə abadlıq işləri aparıldığından bu addım atılıb. Yaxın günlərdə avtomobil dayanacağındakı hasar söküləcək və sakinlər əvvəlki kimi ondan istifadə edə biləcəklər. 


Bizimlə əlaqə saxlayın