E-mail: [email protected]
Şəkidə xətti olub qazı olmayan kənd - VİDEO
Bu kənddə xətt var, amma qaz yoxdur.
Xezerxeber.az xəbər verir ki, Şəkinin 150 abonenti olan Qumux kəndinə 2022 ci ilin avqust ayında qaz xətti çəkilməyə başlayıb.
İllərdi təbii qazin olmamasından əziyyət çəkən sakinlərin kəndə qaz çəkilməsi sevinci çox sürməyib.
Belə ki, küçələrə qaz xətlərinin çəkilişi keçən ilin sonunda başa çatsada artıq bir ilə yaxındı ki, sayğaclar qoyulmur, evlərə xəttlər çəkilmir.
Kənd sakinlərinin sözlərinə əsasən, podratçı təşkilat cürbəcür bəhanələr gətirir, bunun üçün vətəndaşlardan ödənişlər tələb olunur.
Məsələ ilə bağlı “Azəriqaz” Açıq Səhimdar Cəmiyyətinin sözçüsü Eldəniz Vəliyev bildirdi ki, həmin kənddə daşıyıcı küçə xətləri çəkilib. Hazırda istismara qəbul prosesi gedir. Növbəti həftədən xəttə qazın buraxılması təmin ediləcək. Daşıyıcı küçə xətlərindən vətəndaşların mənzilinə qaz öz vəsaitləri hesabına podratçı təşkilatlar tərəfindən çəkilməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: