23 
sen
2024
12:46
45

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllı MKTİB-nin yarıtmaz fəaliyyəti

23 sen, 2024
12:46
445

İsmayıllı Şəhər H. Əliyev prospektində 4-saylı məktəbin yan hissəsində antisanitariya hökm sürür.
Belə ki, vətəndaş tərəfindən Turkdunyasi.az-ın Votsap nömrəsinə göndərilən foto şəkillərdən də, açıq aşkar görünür ki, ərazi sanki zibillik poliqonunu xatırladır. Məlumtlı mənbə bildirir ki, ətrafda yaşayış binaları və həyət evləri mövcuddur məlumatda oda qeyd olunur ki, sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də onları eşidən olmayıb. Əksinə hər gün əraziyə zibil tökülür. 

Heç kimə sirr deyil ki, Azərbaycan dünyanın ən böyük  və mühüm dövlətlər arası tədbirlərdən biri olan COP 29 ev sahibliyi edir. Təbii ki ölkəmizin mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Lakin  noyabrın 11dən 22 nə dək ölkəmizdə keçiriləcək möhtəşəm beynəlxalq tədbirə, o cümlədən ölkə başçısı İlham Əliyevin təntənəli qələbəsinə öz şəxsi maraqları naminə kölgə salanlar var. Bəli kadırlarda gördüyünüz bu ekoloji fəlakət və antisanitar vəziyyət İsmayıllı şəhər H. Əliyev prospektində 4 saylı məktəbin bir addımlığında lentə alınıb. kadırlardan da göründüyü kimi, ətafa zibillik içindədir. Bu hal isə İsmayıllı MKTİB-nin rəisinin ölkəmizin tarixində ən mühüm və beynəlxalq tədbirin yəni COP 29 keçirilməsini heçə sayıb dövlət başçısı İlham Əliyevin təntənəli qələbəsini alt üst etməsinin, eyni zamanda xarici siyasətinə xələl gətirilməsinin əyani sübutudur. Əlbəttə İsmayıllı MKTİB-nin rəisi ölkəmizdə COP 29 un keçiriməsi ərəfəsində ekoloji fəlakət yaratması beynəlxalq aləmdə Azərbaycanla bağlı sağlam fikirlərin formalaşmasına heçdə yaxşı yol açmayacaq  Qeyd edə ki, COP 29 dünyada ən mötəbər beynəlxalq tətbirlərindən biridir. Ümid edrik, təqdim etdiyimiz və ölkəmizdə bu ekoloji fəlakəti yaradan şəxs və ya şəxslərin barələrində hüquqi tədbir görüləcək. Qarşı: tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Bizimlə əlaqə saxlayın