23 
may
2025
17:17
34

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Məşhur aktyorlara həbs cəzası verildi

23 may, 2025
17:17
1234

Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində "Gezi Parkı" hadisələri ilə bağlı açılmış məhkəmə prosesində hökm çıxarılıb.
Turkdunyasi.az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, aktyorlar və onların meneceri Ayşe Barım "Gezi Parkı" istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunublar. Məhkəmə Halit Ergençi 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, məhkəmə hökmün icrasını təxirə salıb. Bu isə o deməkdir ki, müəyyən şərtlər daxilində müttəhimlərlə bağlı qərar dəyişdirilə bilər.

Bizimlə əlaqə saxlayın