23 
iyn
2025
01:59
37

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsrail İrana yeni zərbələr endirib, Təbriz hücuma məruz qalıb

23 iyn, 2025
01:59
1437

İsrail Hərbi Hava Qüvvələri (SAXAL) İranın qərbində hərbi infrastruktur obyektlərinə hücum edib. Əməliyyatda 20 qırıcı iştirak edib, 30-dan çox sursatdan istifadə etməklə zərbələr endirilib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail hərbçiləri raket anbarı və raket buraxılışı obyektlərinə, eləcə də radiolokasiya stansiyalarına zərbələr endiriblər.
Hücumlar Kirmanşah və Həmədan şəhərlərindəki obyektləri hədəf alıb. Tehran bölgəsində hərbçilər yer-hava tipli raket buraxılış qurğusunu vurublar.
"Mehr" agentliyiin məlumatına görə, Təbrizdə hava hücumundan müdafiə sistemi işə salınıb. Şəhər İsrailin pilotsuz təyyarələri ilə hücuma məruz qalıb.

Bizimlə əlaqə saxlayın