24 
iyn
2025
14:13

38
yuxarı
İsrail atəşkəsin pozulmasına cavab verəcək - Katz

24 iyn, 2025
14:13
1438
İsrail atəşkəsin pozulmasına Tehranın mərkəzindəki hədəflərə güclü zərbələr endirməklə cavab verəcək.
Turkdunyasi.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.
"İsrail ordusuna Tehranın mərkəzindəki rejim hədəflərinə zərbələri gücləndirməklə İranın atəşkəsi pozmasına qətiyyətlə cavab verməyi tapşırdım", - Katz bildirib.
Qeyd edək ki, bu gün İran tərəflər arasında əldə olunan atəşkəsdən sonra İsrailə raket hücumu etmişdi.