29 
iyn
2025
23:59
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İzmirdə meşə yanğını səbəbilə hava limanı bağlandı

29 iyn, 2025
23:59
1255

İzmirdə güclü meşə yanğınları səbəbilə Adnan Menderes Hava Limanı uçuşlara bağlanıb.

Turkdunyasi.az Musavat.com-a istinadən xəbər verir ki, Gaziemir rayonunda və Menderes ilə Seferihisar bölgələri arasında yerləşən meşə massivlərində iki ayrı nöqtədə baş vermiş yanğın hələ də nəzarət altına alına bilməyib. Hava şəraiti – xüsusilə güclü külək və alovun geniş əraziyə yayılması – yanğınsöndürmə işlərini çətinləşdirir.
Yanğının tüstüsünün hava məkanını təhlükəli hala gətirməsi və hava vasitələrinin söndürmə əməliyyatlarına aktiv cəlb olunması səbəbindən, saat 16:00-dan etibarən İzmir Adnan Menderes Hava Limanında təyyarələrin enməsi və qalxmasına icazə verilmir.
Qeyd olunur ki, İzmirdə eniş etməli olan bir sıra reyslər ətrafdakı alternativ hava limanlarına yönləndirilib. Yanğınların nəzarətə götürülməsindən sonra uçuşların normal rejimə qaytarılması gözlənilir.
Fövqəladə hallar xidmətləri və meşə mühafizə qüvvələri hazırda ərazidə intensiv şəkildə iş aparırlar.

Bizimlə əlaqə saxlayın