30 
iyn
2025
00:03

45
yuxarı
Netanyahu İran üzərində qələbədən danışdı

30 iyn, 2025
00:03
1445
İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti üçün geniş imkanlar açır.
Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu bəyanatı Şin Bet müəssisəsinə səfəri zamanı verib.
"Biz varlığımız üçün iki ölümcül təhlükəni (Tehranın nüvə proqramı və İranın ballistik raketlərinin istehsalı – red.) aradan qaldırdıq. Bu qələbədən sonra ilk növbədə, girovların azad edilməsi üçün geniş imkanlar açıldı", - Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, İsrail həmçinin Qəzza məsələsini həll etməli və HƏMAS-ı məğlub etməlidir:
"İnanıram ki, biz hər iki məqsədə nail olacağıq".