iyl
2025
01:37
28

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İran hava məkanını açdı

4 iyl, 2025
01:37
1228

İran hakimiyyəti əksər hava limanlarının fəaliyyətini bərpa edib və ölkə üzərində hava məkanını açıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının bəyanatında deyilir.
Bildirilir ki, Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubundakı hava limanları fəaliyyətlərini bərpa edib və bütün xidmətlər spektrini təqdim etməyə hazırdır.
Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, ölkənin bütün hava limanlarında daxili və beynəlxalq reyslər saat 05:00-dan (Bakı vaxtı ilə 05:30 - red.) 18:00-dan (Bakı vaxtı ilə 18:30 - red.) həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın