iyl
2025
20:39
27

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Seyran Ohanyan barəsində qətimkan tədbiri seçilib

8 iyl, 2025
20:39
1227

Ermənistan parlamentinin müxalif "Hayфstan" fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Turkdunyasi.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Ona qarşı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etmək.
Bundan əvvəl Ermənistan parlamenti Ohanyanı deputat toxunulmazlığından məhrum etmişdi.
Ohanyan 2010-2015-ci illərdə müdafiə naziri vəzifəsində çalışdığı dövrdə Gegarkunik vilayətinin Draxtik kəndindəki "Sevan" milli parkı ərazisində 10.5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəməkdə və həmin ərazidə malikanə tikdirməkdə ittiham olunur.
İstintaqın versiyasına görə, bu mülkiyyət faktiki olaraq Ohanyana məxsusdur, lakin rəsmi qeydiyyatda onun adına deyil.

Bizimlə əlaqə saxlayın