13 
iyl
2025
16:58

36
yuxarı
İsrail rabitə peykini kosmosa göndərdi

13 iyl, 2025
16:58
836
İyulun 13-də İsrailin "Dror-1" rabitə peyki ABŞ-nin Florida ştatındakı Kanaveral kosmodromundan buraxılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə "Israel Aerospace Industries" şirkəti məlumat yayıb.
Qeyd olunub ki, "Dror-1" peyki İsrailin təxminən 15 il ərzində peyk rabitəsi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.
O, İlon Maskın "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı raketi vasitəsilə orbitə buraxılıb.
"Dror-1" 2018-ci ildə buraxılış aparatı ilə birlikdə partlayan "Amos-6" peykini əvəz etmək üçün İsrail hökumətinin tələbi ilə "Israil Aerospace Industries" tərəfindən yaradılıb.
"Dror-1" peykinin yaradılmasının dəyəri təxminən 200 milyon dollardır.
Bu peyk İsrailin tarixdə ilk milli rabitə peyki olacaq.