31 
avq
2025
12:13

27

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ərdoğan ŞƏT-in sammitində iştirak etmək üçün Çində səfərdədir

31 avq, 2025
12:13
1327
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib.
Turkdunyasi.az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, bu il təşkilatın tarixindəki ən böyük sammitdə 20-dən çox xarici ölkə lideri iştirak edir. Pekin bəyan edib ki, Çin və Türkiyə milli inkişafa nail olmaqla bağlı ümumi razılığa malikdirlər.
Qeyd olunur ki, Türkiyə prezidentinin başda Çin Xalq Respublikasının Sədri Si Cinpin olmaqla digər ölkə liderləri ilə görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılmış beynəlxalq təşkilatdır.