10 
sen
2025
16:26
31

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Rusiyanın Polşaya hücumuna Orbandan reaksiya

10 sen, 2025
16:26
1231

Macarıstan baş verən son dron hadisəsindən sonra Polşayla tam həmrəylik göstərir. Polşanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir.

Turkdunyasi.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban özünün X səhifəsində yazıb.
“Bu hadisə göstərir ki, Rusiya-Ukrayna müharibəsində sülh çağırışlarımız məntiqli və ağıllı siyasətdir. Müharibənin kölgəsində yaşamaq risklər və təhlükələrlə doludur.
Artıq sona çatdırmağın vaxtıdır! Bu məqsədlə biz ABŞ Prezidenti Donald Trampın sülhün əldə olunması istiqamətində səylərini dəstəkləyirik”, - Orban bildirib.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus "Şahid" PUA-ları Polşaya hücum edib.

Bizimlə əlaqə saxlayın