21 
okt
2025
00:28
30

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Putinlə bağlı şok iddia: Sui-qəsd hazırlanıb...

21 okt, 2025
00:28
1230

Britaniya kəşfiyyat orqanları Macarıstanda Putinə qarşı sui-qəsd hazırlaya bilər.

Turkdunyasi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş polkovniki Andrey Bezrukov “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişində danışıb.
“Budapeştə getməyin. Budapeştlə bağlı çox ciddi narahatlığım var”, – deyə o xəbərdarlıq edib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, Londondakı hakim elita ölkənin zəifləməsi səbəbindən riskli addımlar ata bilər:
“Onlar üçün bizə zərbə, o cümlədən Budapeştdə həyata keçirilə biləcək tamamilə xain əməliyyat qərardır. Onlar hər şeyi riskə atacaqlar”.
Bezrukov sammit üçün Birləşmiş Ərəb Əmirliklərini daha təhlükəsiz alternativ kimi təklif edib.

Bizimlə əlaqə saxlayın