noy
2025
11:02
32

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Türkiyədən Netanyahu barəsində həbs qərarı

8 noy, 2025
11:02
732

İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahu da daxil olmaqla 37 şübhəlinin həbsinə qərar verib.

Turkdunyasi.az "Haber Global"a istinadən xəbər verir ki, qərar Qəzzaya yardım aparan "Azadlıq donanması"na hücumla bağlı qəbul edilib.
Məlumata görə, şübhəlilər "soyqırımı"nda ittiham olunurlar.
Xatırladaq ki, oktyabrın əvvəllərində İsrail hərbçiləri Qəzza zolağının sahillərinə fələstinlilər üçün humanitar yardım aparan doqquz gəmini saxlayıblar. İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirib ki, İsrail Hərbi Dəniz Qüvvələri gəmilərdən döyüş zonasına yaxınlaşdığı və Qəzza zolağının dəniz blokadasını pozduğu üçün istiqaməti dəyişməyi tələb edib.

Bizimlə əlaqə saxlayın