13 
noy
2025
01:12
34

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin "qara qutusu" Türkiyəyə gətirildi: Faciənin səbəbləri araşdırılır

13 noy, 2025
01:12
934

Türkiyəyə gətirilən "C-130" hərbi yük təyyarəsinin "qara qutusu" qəzanın səbəblərinin araşdırılması üçün təhlilə hazır vəziyyətə gətirilib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri məlumat yayıb.
Məlumata görə, qəza yerində toplanan bütün materiallar, o cümlədən "qara qutu" Kayseridəki Hərbi Hava Bazasına göndərilib və ekspertlər tərəfindən detallı araşdırılacaq.
Ekspertlərin "qara qutu"dan əldə edilən məlumatlar əsasında qəzanın dəqiq səbəbini qısa müddətdə müəyyənləşdirməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın