14 
noy
2025
02:19
28

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

14 noy, 2025
02:19
1128

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada qəzaya uğrayan, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsində həlak olan pilotun ailəsinə başsağlığı verib.

Turkdunyasi.az xəbər verir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib:
“Bu gün axşam saatlarında Xorvatiyada Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini aldıq. Pilotlarımızdan birinin ölümü ilə nəticələnən bu faciəvi hadisə bizi dərindən kədərləndirdi. Şəhidimizə Allahdan rəhmət, ailəsinə, ölkəmizə və millətimizə başsağlığı diləyirəm”.

Bizimlə əlaqə saxlayın