

E-mail: turkdunyasi.az@mail.ru
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanla arasında hərbçilər də var

Ankara Baş Prokurorluğu FETÖ-nün Quru Qoşunları Komandanlığına sızdığı və təşkilatın "gizli xidmətlər" strukturu ilə əlaqəsi olduğu müəyyən edilmiş şübhəlilər haqqında istintaq başladıb.
Turkdunyasi.az "TRT News"a istinadən xəbər verir.
Məlumata görə, şübhəlilər arasında müxtəlif dövlət qurumlarında çalışan personalla yanaşı əsgərlər də var.
İstintaq nəticəsində məlum olub ki, təşkilat üzvləri Ankaradakı kafe və marketlərdə yerləşən ödənişli stasionar telefonlar vasitəsilə FETÖ-nun iddia edilən "gizli administratorları" ilə əlaqə saxlayıblar.
Əməliyyat çərçivəsində 8 aktiv xidmətdə olan zabit, 6 təqaüddə olan əsgər, daha əvvəl vəzifəsindən azad edilmiş 4 əsgər, 3 aktiv dövlət qulluqçusu və 1 özəl sektor işçisi də daxil olmaqla, 22 nəfər haqqında saxlanılma qərarı verilib.
Şübhəlilərin tutulması üçün işlər eyni vaxtda doqquz vilayətdə davam etdirilib.



