16 
dek
2025
11:07
35

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

AB Ukrayna üçün təhlükəsizlik zəmanətlərini açıqladı

16 dek, 2025
11:07
935

Avropa liderləri Ukraynaya sülh zəmanətləri ilə bağlı birgə bəyanat yayıblar.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, AB liderləri Ukrayna üzrə bir neçə öhdəlik götürür:
1. Sülh dövründə sayı 800 min nəfərə çatacaq Ukrayna ordusunu gücləndirmək üçün Kiyevə davamlı dəstək;
2. ABŞ-ın dəstəyi ilə Ukrayna qüvvələrinin imkanlarını, havada və dənizdə təhlükəsizliyi bərpa etmək üçün Avropa çoxmillətli qüvvələrinin yaradılması;
3. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq atəşkəs monitorinqi və nəzarət mexanizminin yaradılması;
4. Yeni silahlı hücum halında birgə fəaliyyət üçün hüquqi öhdəliklər;
5. Ukraynanın bərpasına investisiyalar, iqtisadi əməkdaşlıq və Rusiyanın vurduğu zərərlərin, o cümlədən dondurulmuş aktivlər vasitəsilə kompensasiya;
6. Ukraynanın AB-yə daxil olmasını dəstəkləmək”.
Qeyd edək ki, bəyanat artıq AB rəhbəri, eləcə də Almaniya, Danimarka, Finlandiya, Fransa, İtaliya, Litva, Lüksemburq, Norveç, Polşa, İsveç, Böyük Britaniya və Portuqaliya liderləri tərəfindən dəstəklənib. Digər ölkələr də bəyanata qoşula bilər.

Bizimlə əlaqə saxlayın