11 
yan
2026
00:52
25

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gürcüstanda turistlər qar uçqununa düşüblər

11 yan, 2026
00:52
725

Gürcüstanda qar uçqunu ən azı 20 turistdən ibarət bir qrupun üzərinə düşüb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Uçqun Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuldi zirvəsi yaxınlığında baş verib.
Məlumata görə, zərərçəkənlər qarın altında qalıblar. Xilasedicilər onların bir qismini qarın altından çıxarıblar.
Bir neçə nəfər özləri xilas ola bilib. Vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər.

Bizimlə əlaqə saxlayın