12 
yan
2026
10:05
26

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Tramp özünü Venesuela prezidenti elan etdi

12 yan, 2026
10:05
926

ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yayımladığı paylaşımda özünü Venesuelanın müvəqqəti prezidenti kimi göstərib.

Turkdunyasi.az xəbər verir ki, Trampın paylaşımında onun adı Venesuelada icraedici hakimiyyətin rəhbəri qismində qeyd olunub.
ABŞ lideri daha əvvəl də Venesuelanın idarə olunmasında özünü əsas fiqur hesab etdiyini açıqlamışdı.
Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusu Karakasa zərbələr endirib, xüsusi təyinatlı qüvvələr isə Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi ələ keçirərək, onları ABŞ-yə aparıb. Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamları ilə mühakimə olunur.

Bizimlə əlaqə saxlayın