

E-mail: turkdunyasi.az@mail.ru
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərində bir neçə körpü tikilə bilər

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sərhədlərin müəyyən hissələrində bir neçə körpünün tikilmə ehtimalından danışıb.
Turkdunyasi.az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi məlumata görə, bu açıqlamanı o, ABŞ və Avropa İttifaqı səfirlərinin qatıldığı "Ermənistan və dünya risklər və imkanlar qovşağında" konfransında verib.
Bölgədə kommunikasiyaların bərpası və sərhədlərin açılması kontekstində baş nazir bildirib ki, Armavir bölgəsindəki Marqara sərhəd-keçid məntəqəsində körpü tikilməlidir. Şirak bölgəsindəki Axurik sərhəd-keçid məntəqəsində başqa bir körpü tikilə bilər. Həmçinin yuxarıda qeyd olunan ərazilərdə, eləcə də Arazdəyən yaxınlığında gömrük və sərhəd terminallarının tikintisi zəruridir. Paşinyan, həmçinin İcevan-Qazax hissəsində infrastruktur layihələrinin həyata keçirilməsi ehtimalını da istisna etməyib.



