18 
yan
2026
01:25
31

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ukrayna Rusiyanın dron anbarını vurdu

18 yan, 2026
01:25
931

Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini, həmçinin Donetsk vilayətindəki dron anbarını vurub.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hərbçilərin məlumatına görə, Krımda Yevpatoriya rayonu yaxınlığında “Nebo-U” radiolokasiya stansiyası, həmçinin Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.
Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Donetsk şəhəri yaxınlığında Ukraynanın Müdafiə Qüvvələri Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqəyə zərbə endirib.
Baş Qərargahdan bildirilib ki, düşmənə vurulan itkilərin miqyası dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın