31 
yan
2026
16:33
58

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Hücum olsa, cavabımız şokedici olacaq - Arakçi

31 yan, 2026
16:33
1158

Müharibə başlasa, İran güclü və şokedici tərzdə cavab verəcək.

Turkdunyasi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçi “CNN Türk” kanalına müsahibədə deyib.
“ABŞ 12 günlük müharibədə məğlub oldu və təyin etdiyi hədəflərin heç birinə çata bilmədi. Sonda isə məcbur olub atəşkəslə bağlı bizə müraciət etdi. Ballistik raketlərimiz yerindədir. Güclü nöqtələrimizə yenidən nəzərə saldıq və daha böyük qüdrətlə hazır vəziyyətdəyik”, - Arakçi bildirib.
O əlavə edib ki, İrana hücum baş versə, cavab güclü və şokedici olacaq.
“Bu, bizim ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır”, - Arakçi vurğulayıb.

Bizimlə əlaqə saxlayın