fev
2026
16:35
64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qazaxıstanda ana uşaqlarını beşinci mərtəbədən atdı

9 fev, 2026
16:35
764

Qazaxıstanın Taraz şəhərində ana uşaqlarını yaşadığı binanın beşinci mərtəbəsindən atıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə “Nur.kz” saytı məlumat yayıb.
“2021 və 2023-cü il təvəllüdlü uşaqlar möcüzəvi şəkildə sağ qalıb, lakin qapalı kəllə-beyin travmaları alıblar. Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlanılıb, şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - məlumatda bildirilib.
Qadının bu hərəkətinin səbəbləri açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın