E-mail: [email protected]
Yaponiya koronavirusdan gündəlik ölüm antirekordunu yeniləyib
Son 24 saatda Yaponiyada 460-dan çox insan COVID-19 pandemiyasının qurbanı olub. Beləliklə, ölkə koronavirusdan gündəlik ölüm hallarının sayına görə antirekordu yeniləyib.
Turkdunyasi.az Yaponiyanın HNK telekanalına istinadla xəbər verir ki, gündoğar ölkədə sutka ərzində 230 mindən çox yoluxma halı aşkarlanıb. Bu, pandemiyanın bütün dövrü üçün maksimum göstərici olmasa da, bir sıra regionlarda yoluxmuş insanların sayı yeni antirekord müəyyənləşdirib.
Mütəxəssislər yanvarın ikinci yarısında yoluxmaların sayında kəskin artımın baş verə biləcəyi barədə xəbərdarlıq edirlər. Onların sözlərinə görə, həmin dövrdə gündəlik yoluxma halları 450 mindən çox ola bilər.
Yaponiyada pandemiya ilə bağlı heç bir məhdudiyyət yoxdur, lakin ictimai yerlərdə maska taxmaq tələb olunur.