yan
2023
18:37
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsi dərin ehtiramla anılıb

8 yan, 2023
18:37
1863

Türkiyədə Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar təşkil olunan anım mərasimləri çərçivəsində “Biz hər zaman eyni yoldayıq!” və digər şüarlarla izdihamlı yürüş keçirilib.

Turkdunyasi.az xəbər verir ki, yürüş iştirakçıları Sarıqamışdakı Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsinə qədər hərəkət ediblər.

Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Dərya Yanık, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, yerli hakimiyyət orqanlarının rəhbərləri, bölgədə yerləşən ordu birləşmələrinin komandanları və digər rəsmi şəxslər anım mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edənlər canlarını Vətən uğrunda mübarizədə fəda edən qəhrəman türk əsgərlərinin bütün dövrlərdəki qəhrəmanlıq missiyasını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, böyük türk xalqı Sarıqamış şəhidlərinin xatirəsini daim qəlbində yaşadacaq.
Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şəraiti səbəbindən minlərlə hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib. Sarıqamış hərəkatı ağır faciə ilə bitməsəydi heç şübhəsiz ki, Birinci Dünya müharibəsinin nəticəsi tamam başqa olardı.

Bizimlə əlaqə saxlayın