10 
yan
2023
19:23
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Moskvada güclü yanğın söndürüldü

10 yan, 2023
19:23
2377

Moskvanın şimal-şərqində yerləşən anbarda, 2 000 kvadratmetr sahəni əhatə edən tikilidə baş verən yanğın söndürülüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

16:58
Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində güclü yanğın başlayıb.

Şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşırlar.

Yanğın Dobrolyubov keçidində baş verib. Bəzi məlumatlara görə, birmərtəbəli avtoservis binası yanır. Bəzi xəbərlərdə isə anbarların alov tutduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub, xəsarət alanlar barədə məlumat yoxdur.

Həmçinin fövqəladə xidmətdən bildirilib ki, yanğın beş dərəcəlik şkala üzrə üçüncü mürəkkəblik dərəcəsinə malikdir.

Təhlükəsizlik səbəbilə insanlar təxliyə olunurlar.

Yanğının qonşu binalara keçmək təhlükəsi var. 

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın