11 
yan
2023
16:29
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Buçada qurulmuş alaçıq Rusiya ilə Qazaxıstan arasında gərginliyə səbəb olub

11 yan, 2023
16:29
888

“Qazaxıstan hökumətinin və diplomatlarının Ukraynanın Buça şəhərində qurulmuş “Məğlubedilməzlik alaçığı” ilə heç bir əlaqəsi yoxdur”.
Bu açıqlama ilə Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov çıxış edib.


O qeyd edib ki, Qazaxıstanın Ukraynadakı səfirliyi bu prosesə qarışmayıb və alaçığın quraşdırılması şəxsi təşəbbüs olub.
“Bu, Ukrayna xalqına kömək etmək qərarına gələn qazax xeyriyyəçilərin şəxsi təşəbbüsüdür. Biz bunu şərh və ya qadağan edə bilmərik”, - Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov deyib.

Məlumat üçün əlavə edək ki, “Məğlubedilməzlik alaçığı” Buça şəhərində açılmış sığınacaq məntəqəsidir. Alaçıqda müharibə şəraitində yaşayan buçalılara gündə üç dəfə isti yemək də təklif olunur.

Qeyd edək ki, bu təşəbbüs Rusiya hökuməti tərəfindən narazılıqla qarşılanıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Astananın məsələyə aydınlıq gətirəcəyinə ümid etdiklərini söyləyib.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın