12 
yan
2023
17:25
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiyalılar İrana daha rahat gedib-gələ biləcəklər: Turist vizaları sadələşdirilir

12 yan, 2023
17:25
772

“İran qarşılıqlı əsasda rusiyalı turistlər üçün fərdi vizaların verilməsini sadələşdirməyə hazırdır”.

Bu barədə İranın Moskvadakı səfiri Kazem Calali məlumat verib.

“Qrup halında turist səfərləri üçün vizaların verilməsinin sadələşdirilməsi gündəmdə olan məsələlərdən biridir və hazırda səfirlik bu istiqamətdə işlər aparır. Bununla yanaşı, biz qarşılıqlı əsasda turistlər üçün fərdi vizaların da sadələşdirilməsinə hazırıq”, - deyə səfir qeyd edib.

Calali vurğulayıb ki, səyahət edənlər üçün ölkədə hər hansı təhlükə mövcud deyil və onlar rahatlıqla turistik bölgələri ziyarət edə bilərlər.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın