12 
yan
2023
18:09
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cənubi Koreyadan Şimala sərt təhdid: “Bizi məcbur etməyin!”

12 yan, 2023
18:09
978

“KXDR-in nüvə proqramı səbəbindən Koreya yarımadasında vəziyyət pisləşərsə, Seul ya özü taktiki nüvə silahını inkişaf etdirəcək, ya da başqa dövlətinkini öz ölkəsində yerləşdirəcək”.

Bu barədə Koreya Respublikasının Prezidenti Yun Sok Yol xəbərdarlıq edib.

“Əgər problem daha da ağırlaşarsa, Koreya Respublikasında taktiki nüvə silahı yerləşdirə və ya öz silahımızı əldə edə bilərik. Bu halda biz elm və texnologiyamız sayəsində onları tez bir zamanda əldə edə bilərik”, - deyə ölkə başçısı bildirib.

Eyni zamanda, Yun Sok Yol əlavə edib ki, hazırda ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq ən real variant olaraq qalır.
Prezident bundan əvvəl nüvə qüvvələrinin birgə planlaşdırılması ilə bağlı ABŞ ilə müzakirələr apardığını açıqlamışdı.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın