E-mail: [email protected]
Rusiya Kiyevə raketi Belarus istiqamətindən atıb
Yanvarın 14-də Rusiya Ukraynanın paytaxtı Kiyevə şimal istiqamətindən hücum edib.
Bu barədə Ukrayna Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib:
“Çox güman ki, bunlar şimal istiqamətindən ballistik trayektoriya ilə uçan raketlərdir. Təəssüf ki, Ukrayna Silahlı Qüvvələri ballistik raketləri aşkar və məhv etmək üçün effektiv vasitələrə malik deyil”.
İqnatın sözlərinə görə, mütəxəssislər qalıqlara əsasən düşmənin hansı tip raketlərdən istifadə etdiyini öyrənəcəklər. Amma aydındır ki, bunlar ya ballistik raketlər, ya da ballistik trayektoriya ilə uçan “S-300” zenit raketləri olub. O əlavə edib ki, “S-300” raketləri müxtəlif modifikasiyalara malikdir, ona görə də müəyyən modifikasiya onların Rusiya ərazisindən istifadəsinə imkan verə bilər.
Raket təhlükəsi barədə bildiriş radiolokasiya məlumatlarının və digər mənbələrdən məlumatların olmaması səbəbindən gec gəlib.
Hərbi Hava Qüvvələrinin spikeri Rusiyanın “Tu-95” strateji bombardmançı qrupunun hazırda havada olduğunu da təsdiqləyib. Onların raket atıb-atmayacağı məlum deyil, onların uçuşu izlənilir.
12:10
Səhər saatlarından Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilir.
Ukrayna paytaxtının sakinlərini və qonaqlarını qorxudan güclü partlayış səslərindən dərhal sonra hava hücumu xəbərdarlığı elan edilib.
Bir sıra partlayışların baş verdiyi bildirilir. Təfərrüat hazırda məlum deyil.
Öz növbəsində Kiyev şəhər hərbi administrasiyası Rusiyanın şəhərə raketlərlə hücum etdiyini bildirib. Hədəf kimi infrastruktur obyektlərinin seçildiyi qeyd edilir.
Kiyev meri Vitali Kliçko xəbərdarlıq edib:
“Dnepr rayonunda partlayışlar baş verir. Bütün xidmətlər həmin yerə göndərilib. Sığınacaqlarda qalın!”
Turkdunyasi.az