E-mail: [email protected]
Vyanada ukraynalı qadınların kütləvi təcavüzünə qarşı aksiya: “Onlar rusiyalı hərbçilər idi” - FOTO
Avstriyanın paytaxtında Rusiya hərbçilərinin Ukrayna sakinlərinə qarşı zorakılığına qarşı səssiz aksiya keçirilib. Tədbirin məqsədi Rusiya Federasiyasının hərbçilərinin vəhşiliklərinə diqqəti cəlb etməkdir.
Aksiyada 60-a yaxın qız Ukraynada Rusiya hərbçiləri tərəfindən törədilən cinsi təcavüzün qurbanlarının simvolu kimi “qan” izləri olan ağ paltar geyinib.
Tədbirin təşkilatçıları olan “Unlimited Democracy” QHT-dən bildirilib ki, aksiya Rusiya ordusunun Ukrayna xalqına qarşı zorakılığına qarşı yönəlib.
“Rusiya ordusu qadınları, yeniyetmələri və hətta uşaqları zorlayıb! Onlar amansız işgəncələrdən sonra yüzlərlə insanı qətlə yetiriblər”, - deyə təşkilatçılar bildiriblər.
Xatırladaq ki, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə kütləvi zorlama hallarının olduğunu deyib. Onun sözlərinə görə, Buçada işğal zamanı zirzəmidə Rusiya hərbçiləri 14-24 yaş arası 25-ə yaxın qız və qadını sistemli şəkildə zorlayıblar.
Mənbə: 24 Kanal