26 
fev
2023
09:40
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

TÜRKPA Xocalı qurbanlarını YAD ETDİ

26 fev, 2023
09:40
1289

TÜRKPA Xocalı soyqırımı qurbanlarını faciənin 31-ci ildönümündə yad edib.
 
Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
 
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamından 31 il keçir. Azərbaycanın Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib, girov götürülüb. İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrdə, qəlblərdə yaşayır. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, ruhlarına rəhmət diləyir, Azərbaycan xalqının və hökumətinin yanında olmağa davam edir", - deyə qeyd olunub.

Bizimlə əlaqə saxlayın