mar
2023
13:20
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistanda əsgər meşədə asılmış vəziyyətdə tapıldı - YENİLƏNİB

9 mar, 2023
13:20
1284

"Çağırışçı əsgərin meyiti meşədə ağacdan asılmış vəziyyətdə tapılıb".
 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi əsgər ölümü ilə bağlı hadisənin təfərrüatlarını təqdim edib.
 
Bildirilib ki, hadisə Tavuş regionunda baş verib. Hərbçinin intihar həddinə çatdırılması ilə bağlı cinayət işi açılıb.
 
"Lazımi müayinələr təyin edilib, dindirmələr həyata keçirilir", - deyə məlumatda qeyd olunub.

Ermənistan ordusunun hərbi qulluqçunun meyiti tapılıb.
 
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Araşdırma nəticəsində meyitin hərbçi Andranik Karoeviç Ohanyana məxsus olduğu bəlli olub. 
 
Hadisənin baş vermə şəraitinin müəyyən edilməsi üçün araşdırma aparıldığı bildirilib. Digər təfərrüatlar açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın