22 
noy
2023
16:30
31

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ABŞ-nin Ermənistanda AES tikmək istəyinin arxasında nə dayanır?

22 noy, 2023
16:30
731

Ermənistan mətbuatı yazır ki, Amerika Ermənistanda kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək istəyir. Layihənin təşəbbüskarının isə Amerikanın “NuScale Power” şirkəti olduğu bildirilir.

"İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, indiyə qədər 18 ölkədə 80-dən çox buna bənzər layihələrə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, belə kiçik modul reaktorlardan heç biri kommersiya məqsədli istifadə mərhələsinə qədər gəlib çata bilməyib:

"ABŞ 10 ildən çoxdur ki, bu sektoru maliyyələşdirsə də, hələlik ciddi cəlbedici nəticələr yoxdur. “NuScale Power” şirkəti isə dəfələrlə belə layihələrdə uğursuzluğa düçar olub".

Ekspert deyir ki, bütün bunları nəzərə alsaq, bu layihə təşəbbüsünün yenidən gündəmə gətirilməsini Azərbaycan-ABŞ münasibətlərinin bugünkü vəziyyətində bir imitasiya olduğunu deyə bilərik.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmadığı təqdirdə hansısa bir Amerika şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülə bilən investisiya fəaliyyətini gerçəkləşdirməsi heç də ağlabatan deyil. Bu sadəcə psixoloji təhdid imitasiyasıdır", - deyə E. Əmirov əlavə edib.

Bizimlə əlaqə saxlayın