12 
dek
2023
10:05

115
yuxarı
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib

12 dek, 2023
10:05
7115
Ukrayna Rusiya ordusunun səhər saatlarında paytaxt Kiyevə ballistik raketlərlə hücuma keçdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya bu gecə “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib.
Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın aşkar edildiyi, əksəriyyətinin Mikolayiv bölgəsində olduğu və bütün PUA-ların məhv edildiyi bildirilib.