30 
iyl
2024
05:29
33

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tramp debata hazır olduğunu açıqladı

30 iyl, 2024
05:29
233

ABŞ-nin keçmiş prezidenti Donald Tramp vitse-prezident Kamala Harrislə debatda iştirak etməyə hazır olduğunu bildirib.
Turkdunyasi.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.
Tramp Harrislə debat etməyə hazır olduğunu açıqlayıb və onu asan rəqib adlandırıb

“Mənim heç bir formada debatımıza etirazım yoxdur”.
Ölkənin keçmiş liderinin sözlərinə görə, Harrislə debat etmək ölkənin indiki prezidenti Co Baydendən daha asan olacaq.
Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. 

Bizimlə əlaqə saxlayın