14 
avq
2024
09:45
34

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ABŞ hərbi bazası atəşə tutuldu

14 avq, 2024
09:45
634

Suriyanın Deyr əz-Zor əyalətindəki ABŞ hərbi hava bazasına hücum edilib. 
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” iki ABŞ rəsmisinə istinadən məlumat yayıb. 
Qeyd olunub ki, atılan mərmilər bazaya dəyməyib.
Daha əvvəl agentliyin mənbəsi bildirib ki, İranın dəstəklədiyi qruplar Amerika bazasına altı mərmi atıb. Mənbə əlavə edib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri hücuma artilleriya atəşi ilə cavab verib. 
İlkin məlumata görə, atəş nəticəsində ölən olmayıb. 
Xatırladaq ki, avqustun əvvəlində ABŞ hərbçilərinin yerləşdiyi İraqdakı Ayn əl-Əsəd aviabazasına raket hücumu nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb. 

Bizimlə əlaqə saxlayın