16 
sen
2024
09:39
23

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi açıqlandı - Foto

16 sen, 2024
09:39
723

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd törətməkdə şübhəli bilinən şəxsin kimliyi açıqlanıb.
Turkdunyasi.az “Fox News”a istinadən xəbər verir ki, sözügedən şəxs Rayan Uesli Rutdur. 
Məlumata görə, Rut hadisə zamanı Trampdan 270-450 metr məsafədə olub. O, avtomatın lüləsini insident baş verən “Trump International Golf Club” qolf klubunun hasarından keçirib.
ABŞ Məxfi Xidmətinin əməkdaşları Ruta atəş açsa da, o, hadisə yerindən qaçıb. Polis daha sonradan onu saxlayıb. Rutun atəş açdığı silah isə qolf sahəsinin yaxınlığında kolluq ərazidən aşkar edilib. Onun üzərində iki bel çantası və “GoPro” kamerası olub.
Xatırladaq ki, Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb. 
İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.

Bizimlə əlaqə saxlayın