17 
sen
2024
13:19

65

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İran prezidenti ABŞ-a gedir

17 sen, 2024
13:19
565
İran prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün bazar günü Nyu-Yorka səfər edəcək.
Yenisabah.az İran KİV-nə istinadən xəbər verir ki, Məsud Pezeşkian çərşənbə axşamı BMT Baş Assambleyasının sessiyasında çıxış edərək, İslam Respublikasının müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə etməyə hazırlaşır.
Pezeşkianın bir sıra görüşləri, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaşayan iranlılarla görüşü də planlaşdırılır.
Onun müxtəlif dövlətlərin yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri də gözlənilir.
BMT Baş Assambleyasının 79-cu sessiyası (UNGA 79) 24 sentyabr 2024-cü il tarixində açılacaq.