1 
okt
2024
14:48
52
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Fransanın Afrikadakı neokolonializm siyasəti ilə bağlı konfrans keçiriləcək
1 okt, 2024
14:48
452
Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
Turkdunyasi.az xəbər verir ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, konfransda iştirak edəcək şəxslərdən biri Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış fəal olacaq. O, uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.